Slide background

Fikirlərinizi

tərcümə edirik!

Slide background

Onlayn

ödəniş!

VIAFE Translation

 hüquqi, texniki, tibbi, iqtisadi, marketinq və digər sahələrdə professional tərcümə və redaktə xidmətləri təklif edir.

Bizim üstünlüyümüz

sizin qiymətli vaxtınızı və digər resurslarınızı israf etmədən vaxtında və kefiyyətli tərcümə təmin etməkdir.

 

Bizim missiyamız

kefiyyətli onlayn tərcümə xidmətlərini birbaşa sizin “iş stolunuza” çatdırmaqdır.

Xidmətlərimiz

Maliyyə Sahəsində Tərcümə

 Maliyyə sahəsində xidmətlərimiz sığorta, bank, mühasibatlıq daxil olmaqla sektorun bütün sahələrini əhatə edir. Bu sektorda əsasən maliyyə hesabatları, hesab-fakturalar, təhvil-təslim aktları, audit, bank, sığorta və digər maliyyə sənədlərinin tərcüməsi həyata keçirilir.

Marketinq Sahəsində Tərcümə

Broşurların, kataloqların, hər növ reklamların, veb saytların mətnlərinin və digər marketinq materiallarının keyfiyyətli tərcümə və redaktə xidmətləri təmin edərək məhsul və xidmətləriniz haqqında məlumatları hədəf auditoriyaya çatdırmaqda sizi dəstəkləyirik. 

Hüquqi tərcümə

Müqavilələrin, məhkəmə sənədlərinin, notarial sənədlərin, şəhadətnamələrin, təsis sənədlərinin, gömrük bəyannamələrinin, arayışların, miqrasiya və digər sənədlərin tərcüməsi.

Tibbi tərcümə

Tibb mərkəzlərinə, həmçinin fərdi müştərilərimizə tibb sahəsində dəqiq tərcümə xidməti təmin etməyə hazırıq. Tibbi tərcümələr əksər hallarda elmi məqalələr, dissertasiyalar, diaqnoz sənədləri, reseptlər, tibb alətləri üçün quraşdırma və istifadə təlimatları, xəstəlik tarixçələri və digər sənədləri əhatə edir. 

Tender sənədlərin hazırlanması və tərcüməsi

Bütün tender sənədlərinizin professional tərcümə xidmətini təklif edirik. Həmçinin, yerli və beynəlxalq tenderlər üçün sənədlərin hazırlanmasında on ilə yaxıın təcrübəsi olan komandamız sifarişçinin tələblərinə uyğun olaraq, tender və prekvalifikasiya sənədlərinin hazırlanması xidmətini göstərməyə hazırdır. 

Texniki tərcümə

Quraşdırma/ istifadə təlimatları, texniki spesifikasiyalar, çertyojlar, texniki təkliflər, təhlükəsizlik və digər təlimatlar daxil olmaqla bütün texniki sənədlərin dəqiq tərcümə xidmətini təklif edirik .

Background Image

Bizə qoşul

Əgər siz professional tərcüməçisinizsə, sizi əməkdaşlığa dəvət  edirik

Bunun üçün sizdən yalnız aşağıdakılar tələb olunur:
  • – CV/ tərcümeyi-halınızı göndərin.
  • – Yoxlama üçün verilmiş qısa mətni tərcümə edin.
  • – Müvafiq sahədə diplom/ sertifikatlar və şəxsiyyət vəsiqəsinin surətini göndərin.
  • – Son iki ildə gördüyünüz işlər haqqında qısa məlumat verin.

Sizin müraciətinizi nəzərdən keçirəcək və qısa müddət ərzində cavab verəcəyik.

VIAFE ilə əməkdaşlıq etməyin üstünlükləri:
  • – İstədiyiniz vaxt işləyin
  • – İstədiyiniz yerdə işləyin
  • – Sadəcə tərcümə ilə məşğul olun, biz sizin üçün müştəri tapacağıq.
  • – Sıfır risk!  Ödənişlər, fakturalar, çeklərlə biz məşğul olacağıq.
  • – İşin qiymətləndirilməsi və mükafatlar.

Unutmayın, bizim işçilərimiz yoxdur partnyorlarımız var!